Get Mystery Box with random crypto!

Bəzən getmək istəyirəm.. Sırf kiminsə həyatından deyil,hərkəsi | Magician 🔮

Bəzən getmək istəyirəm.. Sırf kiminsə həyatından deyil,hərkəsi buraxıb getmək istəyirəm dost xəyanəti bəxtsizlik hamısını qarşıma çıxan ilk zibil qutusuna tullayıb getmək istəyirəm. Hər hansı uzaq ölkəyə və yaxud başqa planetə deyil keçmişə getmək istəyirəm. Mr peabody və sherman kimi bir zaman maşını düzəldib keçmişə uşaqlığıma getmək istəyirəm. Yalnız mənə alınmayan oyuncaqlar üçün ağlamaq istəyirəm
Anam məni evə çağıranda" 5 dəqiqə də həyətdə oynayım gəlirəm" yalanını əzbərləmək istəyirəm
Yenə də "bənövşə - bənövşə "oynayıb qışqıraraq bizdən sizə kim düşər? Soruşmaq istəyirəm.
Yenə də üst başımı bulayıb anam saatlarca məni danlasın istəyirəm. Yenə də qısqanclığın nə olduğunu  məktəbdə parta yoldaşım başqa qızla danışanda dadmaq istəyirəm. Saatlarca cizgi filmi izləmək rəngarəng corablar geyinmək istəyirəm . Hər üzümə gülənin, ürəyi təmiz, yaxşı insan olduğuna inanmaq istəyirəm. Hamını özüm kimi saf məsum sanmaq istəyirəm